Kire Ristevski: "Azərbaycanla oyunda erkən qol buraxsaq da, təslim olmadıq"

Kire Ristevski: "Azərbaycanla oyunda erkən qol buraxsaq da, təslim olmadıq" Bakı. 28 mart. REPORT.AZ/ “Biz döyüşdük, erkən qol buraxsaq da, təslim olmadıq”.
Futbol
28 Mart , 2018 10:42
Kire Ristevski: Azərbaycanla oyunda erkən qol buraxsaq da, təslim olmadıq

Bakı. 28 mart. REPORT.AZ/ “Biz döyüşdük, erkən qol buraxsaq da, təslim olmadıq”.

“Report”un məlumatına görə, bunu Makedoniya yığmasının futbolçusu Kire Ristevski Türkiyənin Antalya bölgəsində Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra derbi.mk saytına açıqlamasında deyib.

Macarıstanın “Vaşaş” klubunda forma geyinən 28 yaşlı müdafiəçi bildirib ki, hesabı bərabərləşdirəndən sonra qol vəziyyətləri yaratmağa müvəffəq olublar: “Heyf ki, növbəti qolu vura bilmədik. Türkiyə toplanışında çox yaxşı şəraitimiz vardı. Yalnız burada keçirdiyimiz iki yoldaşlıq oyunundan heç birində qələbə qazana bilmədiyimiz üçün təəssüflənirik. Hər dəfə 3 müdafiəçi ilə oynayanda, özümü təhlükəsizlikdə hiss edirəm. Fikirləşirəm ki, bir-birimizi yaxşı başa düşürük və bu, nəticə qazandırır”.

Qeyd edək ki, Makedoniya yığması Azərbaycan millisindən öncə Finlandiya ilə qolsuz heç-heçə edib. Qurban Qurbanovun komandası isə Bakıda Belarusa 0:1 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi