KİV: Maradona İspaniya yığmasının baş məşqçisi ola bilər

KİV: Maradona İspaniya yığmasının baş məşqçisi ola bilər Argentina milli komandasının keçmiş futbolçusu, Katalon Barselonasının və “Napoli”nin keçmiş hücumçusu Dieqo Armando Maradona İspaniya yığmasının baş məşqçisi ola bilər.
Futbol
1 İyul , 2020 08:29
KİV: Maradona İspaniya yığmasının baş məşqçisi ola bilər

Argentina milli komandasının keçmiş futbolçusu, Katalon "Barselona"sının və “Napoli”nin keçmiş hücumçusu Dieqo Armando Maradona İspaniya yığmasının baş məşqçisi ola bilər.

"Report" xəbər verir ki, bu barədə “Marca” bildirir.

Məlumata görə, əgər Antonio Torres İspaniya Kral Futbol Federasiyasının prezidenti olsa, belə nəticə tamamilə ehtimal ediləndir.

Posta namizəd bildirib ki, artıq argentinalı mütəxəssislə ilkin danışıqlar aparıb. O, qeyd edib ki, tərəflər öz aralarında razılaşıb. Maradona bu vəzifəyə təyin ediləcəyi təqdirdə onun qarşısında Qətərdəki dünya çempionatının finalına çıxış vəzifəsi dayanacaq.

Xatırladaq ki, 2010-cu ildə CAR-dakı mundialda əfsanəvi futbolçu Argentina yığmasına başçılıq edib.

Son xəbərlər

Orphus sistemi