KİV: Azərbaycan millisinin oyunları azarkeşsiz keçiriləcək

KİV: Azərbaycan millisinin oyunları azarkeşsiz keçiriləcək Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə milli komandaların 2020-ci ilin sonunadək keçirəcəyi oyunlara azarkeşlər buraxılmayacaq.
Futbol
13 May , 2020 16:22
KİV: Azərbaycan millisinin oyunları azarkeşsiz keçiriləcək

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə milli komandaların 2020-ci ilin sonunadək keçirəcəyi oyunlara azarkeşlər buraxılmayacaq.

"Report"un Britaniya mətbuatına istinadən məlumatına görə, UEFA bununla bağlı bu gün quruma üzv olan 55 milli assosiasiyanı məlumatlandıracaq.

Yerli federasiyalara builki oyunlarda izdihamın olmaması üçün müvafiq tapşırıq veriləcək.

Bu, Azərbaycan yığmasının da iştirak edəcəyi Millətlər Liqasının sentyabrda startı nəzərdə tutulan yeni mövsümünə, həmçinin AVRO-2020-nin oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan pley-off oyunlarına şamil olunacaq.

Qeyd edək ki, bu mövsüm Millətlər Liqasının C liqasında mübarizə aparmalı olan Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alıb.

Son xəbərlər

Orphus sistemi