"Keşlə" klubu Şamaxını seçdi

"Keşlə" klubu Şamaxını seçdi Yeni mövsümdən Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Keşlə"nin avrokuboklara harada hazırlaşacağı müəyyənləşib.
Futbol
7 İyul , 2020 17:00
Keşlə klubu Şamaxını seçdi

Yeni mövsümdən Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Keşlə"nin avrokuboklara harada hazırlaşacağı müəyyənləşib.

Klubun Mətbuat xidmətinin rəhbəri Murad Axundovun "Report"a verdiyi məlumata görə, komanda Şamaxıda məşq təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinin vaxtı dəqiq bilinmir.

Klub rəsmisinin sözlərinə görə, komanda üzvlərindən koronavirusla bağlı analiz götürüldükdən sonra məşqlərə start veriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün avrokuboklara qatılacaq komandaların ("Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt") açıq havada məşq etməsinə icazə verib.

Son xəbərlər

Orphus sistemi