Joze Mourinyo erməni futbolçudan narazıdır

Joze Mourinyo erməni futbolçudan narazıdır "Onun səviyyəsi – qolları, məhsuldar ötürmələri, pressinqi və digər bacarıqları aşağı düşdü"
Futbol
25 Noyabr , 2017 11:19
Joze Mourinyo erməni futbolçudan narazıdır

Bakı. 25 noyabr. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo son vaxtlar Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanı meydana nadir hallarda buraxmasının səbəbini açıqlayıb.

“Report” “Sky Sport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 28 yaşlı yarımmüdafiəçinin hazırkı formasından narazı olduğunu bildirib. 

O, problemin bir neçə matçla bağlı olmadığını söyləyib: “Mxitaryanın son çıxışlarından razı deyiləm. Söhbət 1 və yaxud 2 oyundan getmir. Mən 4-5 görüşdən danışıram. O, mövsümün əvvəlində çox yaxşı görünürdü. Lakin addım-addım əriməyə başladı. Onun səviyyəsi – qolları, məhsuldar ötürmələri, pressinqi və digər bacarıqları aşağı düşdü. Bu da digər oyunçulara şans verməyim üçün yetərlidir. Hər şey çox sadədir”.

Xatırladaq ki, H.Mxitaryan 2016-cı ilin iyulundan Dortmund “Borussiya”sından “Mançester Yunayted”ə keçib və 4 illik müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi