İtaliya millisinin sabiq futbolçusu 3,5 il müddətinə azadlıqdan məhrum edilib

İtaliya millisinin sabiq futbolçusu 3,5 il müddətinə azadlıqdan məhrum edilib Mikkoli borcunun geri qaytarılması üçün mafia başçısından kömək istəməkdə ittiham olunur
Futbol
20 Oktyabr , 2017 23:49
İtaliya millisinin sabiq futbolçusu 3,5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Palermo məhkəməsi futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu Fabrisio Miikolini 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Yuventus", "Palermo" və bir sıra digər klubların keçmiş futbolçusu 2010-cu ildə 12 min avro məbləğində borcunun geri qaytarılmasında köməklik göstərməsi üçün mafia başçısı Mauro Lauriçelleyə müraciət etdiyinə görə həbs olunub.

İstintaqın məlumatına görə, Lauriçelle borclu şəxsin pulu qaytarması üçün ən sərt üsullardan istifadə edib. 2016-cı ildə o, bir il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.

Karyerasını 2015-ci ildə başa vuran 38 yaşlı Mikkoli özünü günahsız hesab edir və məhkəmənin qərarından appelyasiya şikayəti verib. O, Lauriçellenin mafiyaya aid olduğunu bilmədiyini iddia edir.

Son xəbərlər

Orphus sistemi