İsrail klubu Türkiyə səfərindən imtina etmək istəyir

İsrail klubu Türkiyə səfərindən imtina etmək istəyir Səbəb son vaxtlar Türkiyədə terror hadisələrinin baş verməsidir
Futbol
3 Yanvar , 2017 09:38
İsrail klubu Türkiyə səfərindən imtina etmək istəyir

Bakı. 3 yanvar. REPORT.AZ/ Avropa Liqasının 1/16 final mərhələsində Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq İsrail "Hapoel"i İstanbula səfər etməkdən imtina etmək niyyətindədir. 

"Report"un məlumatına görə, Beer Şeva təmsilçisi oyunun Türiyədə keçirilməsinin əleyhinədir.

Klubun son vaxtlarda ard-arda terror hadisələri yaşanan Türkiyədə oyun keçirilməməsi üçün UEFA-ya müraciət edəcəyi bildirilib. Komanda görüşü başqa ölkədə keçirmək istəyir.

Qeyd edək ki, "Beşiktaş" - "Hapoel" oyunu fevralın 23-də İstanbulda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi