"İnter" öz meydanında 92-ci dəqiqədə məğlubiyyətdən xilas olub

"İnter" öz meydanında 92-ci dəqiqədə məğlubiyyətdən xilas olub Çempionlar Liqasının qrup mərhələsinin 1-ci tur matçında Milan İnteri Praqa Slaviyasını qəbul edib. Görüş Milandakı San-Siro stadionunda baş tutub və 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Futbol
17 Sentyabr , 2019 23:04
İnter öz meydanında 92-ci dəqiqədə məğlubiyyətdən xilas olub

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci tur matçında Milan "İnter"i Praqa "Slaviya"sını qəbul edib. Görüş Milandakı "San-Siro" stadionunda baş tutub və 1:1 hesabı ilə heç-heçə başa çatıb.

“Report” xəbər verir ki, görüşdə hesabı "Slaviya"nın yarımmüdafiəçisi Peter Olajinka açıb. O, 63-cü dəqiqədə topu "İnter"in qapısına göndərib.

Matçın əlavə olunmuş vaxtında (90+2) Milan klubunun yarımmüdafiəçisi Nikolo Barella bərabərlik qolunu vurub.

Qrupun daha bir qarşılaşmasında Dortmund "Borussiya"sı və "Barselona" üz-üzə gələcək.

Çempionlar Liqası. F qrupu. 1-ci tur

"İnter" - "Slaviya" - 1:1

Qollar: 0:1 Olayinka – 63' (1:0), Barella, 90+2' (1:1)

Son xəbərlər

Orphus sistemi