"İnter" klubunun baş məşqçisi: "Ümidləri doğruldub mərhələni keçmək istəyirik"

"İnter" klubunun baş məşqçisi: "Ümidləri doğruldub mərhələni keçmək istəyirik" "Komanda oyuna hazırdır"
Futbol
8 İyul , 2015 19:55
İnter klubunun baş məşqçisi: Ümidləri doğruldub mərhələni keçmək istəyirik

Bakı. 8 iyul. REPORT.AZ/ "Oyun çətin olacaq, yaxşı nəticə göstərmək üçün çalışırıq. Komanda oyuna hazırdır".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakının "İnter" futbol klubunun baş məşqçisi Zaur Svanadze deyib. 

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə Albaniyanın "Laçi" klubu ilə oyun öncəsi fikirlərini deyən baş məşqçisi rəqibi təhlil etdiyini və oyunçuları ilə fikir mübadiləsinin apardığını bildirib. 

"Son bir həftə ərzində yaxşı hazırlaşdıq. Hamı özünü yaxşı hiss edir. Ümidləri doğruldub mərhələni keçmək istəyirik. Biz öz gücümüzü meydanda ortaya qoyacağıq", - deyə Z.Svanadze qeyd edib. 

Qeyd edək ki, "İnter Bakı" - "Laçi" oyunu iyulun 9-u saat 21:00-da İnter Arena stadionunda keçiriləcək.

Albaniyada iyulun 2-də keçirilən birinci oyun 1-1 hesablı ilə heç-heçə bitib.

Son xəbərlər

Orphus sistemi