İngiltərə Premyer Liqası tarixinin ən erkən qolu vurulub

İngiltərə Premyer Liqası tarixinin ən erkən qolu vurulub Futbol üzrə İngiltərə Premyer Liqasının XXXI turundan təxirə salınan Uotford - Sautgempton matçında yeni rekord qeydə alınıb.
Futbol
23 Aprel , 2019 23:53
İngiltərə Premyer Liqası tarixinin ən erkən qolu vurulub

Futbol üzrə İngiltərə Premyer Liqasının XXXI turundan təxirə salınan "Uotford" - "Sautgempton" matçında yeni rekord qeydə alınıb.

"Report"un məlumatına görə, "Sautgempton"un futbolçusu Şeyn Lonq Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb. 32 yaşlı hücumçu qarşılaşmanın 7-ci saniyəsində fərqlənib.

Bundan əvvəlki göstərici isə "Tottenhem"in sabiq futbolçusu Ledli Kinqə məxsus idi. İngiltərəli müdafiəçi 2008-ci ildə "Bredford"la matçın 9-cu saniyəsində qol vura bilib.

Qeyd edək ki, ilk hissədən sonra "Sautgempton" 1:0 hesabı ilə öndədir.

Son xəbərlər

Orphus sistemi