İkardi "İnter"i məhkəməyə verib

İkardi "İnter"i məhkəməyə verib İnterin forvardı Mauro İkardi öz komandasını məhkəməyə verib.
Futbol
31 Avqust , 2019 08:49
İkardi İnteri məhkəməyə verib

"İnter"in forvardı Mauro İkardi öz komandasını məhkəməyə verib.

"Report" "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu "neradzurri"dən komandada hüququnun bərpa olunmasını və məşqlərdən kənarlaşdırılmasına görə dəyən ziyan üçün 1,5 milyon avro qismində təzminat ödəməsini tələb edir.

Daha əvvəl "İnter"in yeni baş məşqçisi Antonio Kontenin cari mövsümdə futbolçunun xidməti maraqlı olmadığını bildirib. Argentinalı futbolçu ilə "Yuventus", "Napoli", "Roma" və "Monako" klubları maraqlanır.

İkardi 2013-cü ildən "İnter"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi