“Hürriyet”: Fatih Terim “Qalatasaray”ın baş məşqçisi olacaq

“Hürriyet”: Fatih Terim “Qalatasaray”ın baş məşqçisi olacaq Təcrübəli mütəxəssis daha əvvəl 3 dəfə İstanbul təmsilçisinə rəhbərlik edib
Futbol
27 İyul , 2017 09:35
“Hürriyet”: Fatih Terim “Qalatasaray”ın baş məşqçisi olacaq

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi postundan istefa verən Fatih Terimin yeni iş yeri müəyyənləşmək üzrədir.

“Report”un “Hürriyet” nəşrinə istinadən verdiyi məlumata görə, 64 yaşlı mütəxəssis yenidən “Qalatasaray”ın sükanı arxasına keçəcək.

İstanbul təmsilçisinin hazırkı baş məşqçi xorvatiyalı İqor Tüdorla 400 min avro təzminat qarşılığında yollarını ayıracağı bildirilir.

Türkiyə yığmasının başına keçəcək namizədlər arasında isə “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşlə Rusiya təmsilçisi “Zenit”dən ayrılan rumıniyalı Mirça Luçeskunun adları daha çox hallanır.

Qeyd edək ki, Fatih Terim daha əvvəl 3 dəfə “Qalatasaray”ın baş məşqçisi olub. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə “sarı-qırmızılar”a rəhbərlik edib. Təcrübəli mütəxəssis "Qalatasaray"la 6 dəfə ölkə çempionu olmaqla yanaşı, 2000-ci ildə UEFA Kubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi