Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində 13 pillə geriləyib

Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində 13 pillə geriləyib Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv 388 xalla 92-ci sırada qərarlaşıb
Futbol
14 Sentyabr , 2017 11:58
Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində 13 pillə geriləyib
Report

Bakı. 14 sentyabr. REPORT.AZ/ FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. “Report”un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 13 pillə geriləyib.

Hazırda Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv 388 xalla 92-ci sırada qərarlaşıb. Milli üzvləri hesabat dövründə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin 2 oyununa çıxıblar. Sentyabrın 1-də səfərdə Norveçə 0:2 hesabı ilə uduzan yığma Bakıda San Marinonu darmadağın edib - 5:1. 

Siyahıya Azərbaycan millisi ilə eyni qrupda yer alan Almaniya başçılıq edir. Bundestim 1606 xalla 1-ci pilləyə yüksəlib. Əvəzində 1590 xala malik Braziliya 2-ci pilləyə enib. 3 pillə irəliləyən və 1386 xalı olan Portuqaliya isə 3-cüdür. Yığmanın digər rəqiblərinə gəldikdə, Şimali İrlandiya 945 xalla 20-ci pilləyə yüksəlib. 18 pillə geriləyən Çexiya 630 xalla 58-ci, 12 pillə irəliləyən Norveç 472 xalla 73-cü, yerində qalan San Marino isə 204-cüdür.

Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını oktyabrın 16-da açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi