​Fransanın Lill şəhərində ingilis və rus azarkeşlər arasında toqquşma olub

​Fransanın Lill şəhərində ingilis və rus azarkeşlər arasında toqquşma olub Toqquşma bir neçə saniyə davam edib, ardınca britaniyalılar geri çəkiliblər
Futbol
15 İyun , 2016 04:34
​Fransanın Lill şəhərində ingilis və rus azarkeşlər arasında toqquşma olub

Bakı. 15 iyun. REPORT.AZ/ İngilis azarkeşlərdən ibarət qrup Fransanın Lill şəhərində rusiyalı fanatlara hücum edib.

"Report" xəbər verir ki, toqquşma bir neçə saniyə davam edib, ardınca britaniyalılar geri çəkiliblər.

Bundan öncə UEFA futbol üzrə Avropa çempionatında çıxış edən Rusiya yığmasını 150 min avro cərimə edib. Bundan başqa, Rusiya yığması Avropa çempionatının sonunadək şərti diskvalifikasiyaya məruz qalıb. Bu cür iğtişaşlar təkrarlanarsa, komanda Avropa çempionatından xaric ediləcək.

Qeyd edək ki, Rusiya və İngiltərə yığmalarının oyunundan əvvəl iki komanda azarkeşləri arasında dava düşüb. Hazırda rusiyalı fanatlar Fransadan ölkələrinə deportasiya olunurlar. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi