Fransa yığması azlıqda İngiltərəni məğlub edib - VİDEO

Fransa yığması azlıqda İngiltərəni məğlub edib - VİDEO Görüş 3:2 hesabı ilə başa çatıb
Futbol
14 İyun , 2017 08:37
Fransa yığması azlıqda İngiltərəni məğlub edib - VİDEO
Courtesy İmage

Bakı. 14 iyun. REPORT.AZ/ Futbol üzrə Fransa yığması yoldaşlıq oyununda İngiltərə millisini məğlub edib.

"Report" xəbər verir ki, görüş Sen-Deninin "Stad de Frans" stadionunda keçirilib və 3:2 hesabı ilə başa çatıb.

Fransızlar görüş 2-2 olarkən azlıqda qalıblar. Rafael Varan matçın 47-ci dəqiqəsində meydandan qovulub. Buna baxmayaraq ev sahibləri Dembelenin sayəsində qələbə topunu vura biliblər.

Yoldaşlıq oyunu

Fransa – İngiltərə - 3:2

Qollar: 0:1 – Keyn – 9, 1:1 – Yumtiti – 22, 2:1 – Sidibe – 43, 2:2 – Keyn – 48 (pen), 3:2 – Dembele – 78.

Son xəbərlər

Orphus sistemi