Fransa çempionatında daha iki oyun təxirə salınıb

Fransa çempionatında daha iki oyun təxirə salınıb Bakı. 6 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatının XVII turunda keçirilməsi nəzərdə tutulan Monako - Nitsa və Sent-Etyen - Marsel matçları təxirə salınıb.
Futbol
6 Dekabr , 2018 18:21
Fransa çempionatında daha iki oyun təxirə salınıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatının XVII turunda keçirilməsi nəzərdə tutulan "Monako" - "Nitsa" və "Sent-Etyen" - "Marsel" matçları təxirə salınıb.

"Report" Fransa Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. 

Qeyd edək ki, "Monako" - "Nitsa" oyunu dekabrın 7-də, digər matç isə dekabrın 10-da keçirilməli idi. Daha öncə "Tuluza" - "Lion" və PSJ -  "Monpelye" matçları da eyni səbəbdən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi