"Formula 1" Almaniya Qran-prisini təqvimə əlavə edə bilər

"Formula 1" Almaniya Qran-prisini təqvimə əlavə edə bilər Formula 1 rəhbərliyi 2020 mövsümünün təqvimində yeni dəyişikliklər edə bilər.
Futbol
23 May , 2020 11:36
Formula 1 Almaniya Qran-prisini təqvimə əlavə edə bilər

"Formula 1" rəhbərliyi 2020 mövsümünün təqvimində yeni dəyişikliklər edə bilər. 

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, buna Britaniya Qran-prisinin ləğv olunma ehtimalı səbəb olub. Təqvimə Almaniyanın Hokkenhaym şəhərindəki yarışın əlavə olunma ehtimalı var. 

Yarış rəhbərliyi artıq Almaniya Qran-prisinin təşkilatçıları ilə danışıqlara başlayıb. 

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. 

Son xəbərlər

Orphus sistemi