Filippo İnzaqi İtaliya klubunun baş məşqçisi təyin olunub

Filippo İnzaqi İtaliya klubunun baş məşqçisi təyin olunub Bakı. 13 iyun. REPORT.AZ/ İtaliya milli komandasının və Milan klubunun sabiq futbolçusu Filippo İnzaqi İtaliyanın Bolonya klubunun baş məşqçisi təyin olunub.
Futbol
13 İyun , 2018 18:54
Filippo İnzaqi İtaliya klubunun baş məşqçisi təyin olunub

Bakı. 13 iyun. REPORT.AZ/ İtaliya milli komandasının və "Milan" klubunun sabiq futbolçusu Filippo İnzaqi İtaliyanın "Bolonya" klubunun baş məşqçisi təyin olunub. 

"Report" klubun saytına istinadən xəbər verir ki, komanda 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. O, bu postda Roberto Donadonini əvəzləyib. 

Qeyd edək ki, "Bolonya" 2017-2018 illər mövsümündə İtaliya A Seriasını 16-cı pillədə başa vurub. İnzaqi son olaraq "Milan"ın baş məşqçisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi