İngiltərənin futbol klubları yay transferinə 1,36 milyard dollar xərcləyib

İngiltərənin futbol klubları yay transferinə 1,36 milyard dollar xərcləyib FIFA yay transferlərinin nəticələrinə dair maliyyə hesabatını yayımlayıb.
Futbol
13 Sentyabr , 2019 09:54
İngiltərənin futbol klubları yay transferinə 1,36 milyard dollar xərcləyib

FIFA yay transferlərinin nəticələrinə dair maliyyə hesabatını yayımlayıb.

"Report"un məlumatına görə, İngiltərə Premyer Liqası təmsilçiləri 1,36 milyard dollar ilə ən çox pul xərcləyən klublar olub.

Buna baxmayaraq bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalıb.

İkinci yerdə 1,17 milyardla İspaniya klubları qərarlaşıb. Onların xərcləri 2018-ci ilin yayına nisbətən 20,4 faiz artıb. İtaliya klubları 701 milyon dollar ilə üçüncü olub. Bu isə ötən ilə nisbətən 11,5 faiz azalma deməkdir. Almaniya klubları isə 578,9 milyon dollarla (ötən illə müqayisədə 47.9 faiz çox) dördüncü yerdədir.

Fransa isə Avropanın ilk 5 böyük liqasında ən aşağı göstəriciyə malikdir. Klubların ümümi xərcləri 571,5 milyon dollara bərabərdir. Futbolçu keçidlərindən ən çox qazanc əldə edən isə Fransa təmsilçiləri olub - 876,3 milyon avro. 

Son xəbərlər

Orphus sistemi