FIFA "Səbail"in futbolçusunun şikayətini təmin etdi

FIFA "Səbail"in futbolçusunun şikayətini təmin etdi FIFA Səbailin futbolçusu Lema Mabidinin Mərakeşin “Raca Kasablanka” klubuna qarşı şikayətini təmin edib.
Futbol
23 May , 2020 14:23
FIFA Səbailin futbolçusunun şikayətini təmin etdi

FIFA "Səbail"in futbolçusu Lema Mabidinin Mərakeşin “Raca Kasablanka” klubuna qarşı şikayətini təmin edib. 

"Report" "Sport365" nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumu klubu 27 yaşlı konqolu yarımmüdafiəçiyə 280 min ABŞ dolları ödənilməsi barədə qərar çıxarıb. 

Oyunçu açıqlamasında ona iki illik yeni müqavilənin təklif olunduğunu söyləyib. Mabidi klubdan ilk olaraq pul tələb etdiyini, sonra yeni sözləşmə üçün danışığa başlaya biləcəklərini vurğulayıb. Yarımmüdafiəçi buna baxmayaraq klubun məbləği ödəmədiyini sözlərinə əlavə edib. 

Qeyd edək ki, Lema Mabidi 2015 - 2019-cu illərdə “Raca Kasablanka”nın formasını geyinib. Futbolçu klubun ona borcu olduğu üçün FIFA-ya müraciət edib. "Səbail" Mabidini bu ilin fevralında heyətinə qatıb. 

Son xəbərlər

Orphus sistemi