FIFA Peru yığmasının kapitanını bir il müddətinə cəzalandırıb

FIFA Peru yığmasının kapitanını bir il müddətinə cəzalandırıb Xose Paolo Gerreronun təkrar dopinq-testi müsbət nəticə verib
Futbol
8 Dekabr , 2017 17:29
FIFA Peru yığmasının kapitanını bir il müddətinə cəzalandırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ FIFA Peru yığmasının kapitanı Xose Paolo Gerreronu bir il müddətinə cəzalandırıb.

“Report” xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun təkrar dopinq-testinin müsbət nəticə verməsidir.

Braziliyanın “Flamenqo” klubunda çıxış edən forvard cəza dövründə daxili, beynəlxalq, eləcə də yoldaşlıq oyunlarında forma geyinə bilməyəcək. Bu isə o deməkdir ki, Gerrero 2018-ci il dünya çempionatını buraxacaq. Cəza 3 noyabr 2017-ci ildən - hücumçunun futboldan müvəqqəti uzaqlaşdırıldığı tarixdən qüvvəyə minmiş sayılır.

Qeyd edək ki, Xose Paolo Gerrero noyabrın 3-də dopinq-test analizləri müsbət nəticə verdiyi üçün 30 günlük diskvalifikasiya olunub və DÇ-2018-in Avstraliya ilə pley-off matçlarında forma geyinə bilməyib. O, karyerası ərzində Almaniyanın “Bavariya”, “Hamburq” və Braziliyanın “Korintians” klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi