Fici-Mikroneziya futbol qarşılaşmasında tarixi hesab: 38:0

Fici-Mikroneziya futbol qarşılaşmasında tarixi hesab: 38:0 Qollardan 10-unu Fici komandasının hücumçusu Atonio Tuyvuna vurub
Futbol
5 İyul , 2015 15:32
Fici-Mikroneziya futbol qarşılaşmasında tarixi hesab: 38:0

Bakı. 5 iyul. REPORT.AZ/ Sakit okean hövzəsi ölkələrinin iştirakı ilə keçirilən futbol turnirində yeni rekord qeydə alınıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Fici adalarının futbolçuları Mikroneziya komandasına 38:0 hesabı ilə qalib gələrək beynəlxalq futbol turnirlərinin ən məhsuldar nəticəsinə imza atıblar.

Qollardan 10-unu Fici komandasının hücumçusu Atonio Tuyvuna vurub.

Qeyd edək ki, indiyə qədər beynəlxalq futbol turnirlərinin ən məhsul qarşılaşması 2001-ci ildə keçirilən Avstraliya-Amerika Samoası komandalarının oyunu hesab olunurdu. Bu qarşılaşma avstraliyalıların 31:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Son xəbərlər

Orphus sistemi