FİFA Yunanıstanı beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdıra bilər

FİFA Yunanıstanı beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdıra bilər Bakı. 13 mart. REPORT.AZ/ FİFA Yunanıstanı PAOK və PEK klubları arasında matç zamanı baş vermiş hadisədən sonra komandaları beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdıracağı ilə hədələyib.
Futbol
13 Mart , 2018 04:56
FİFA Yunanıstanı beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdıra bilər

Bakı. 13 mart. REPORT.AZ/ FİFA Yunanıstanı PAOK və PEK klubları arasında matç zamanı baş vermiş hadisədən sonra komandaları beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdıracağı ilə hədələyib.

“Report” xəbər verir ki, FİFA bunu BBC-nin jurnalisti Riçard Konvey bildirib.

Qeyd olunur ki, beynəlxalq futbol qurumu adiyyəti orqanlar milli çempionatların problemsiz keçirilməsinin təmin edilməsi və zorakılığın qarşısının alınması üçün lazımi tədbirlər görməyəcəyi təqdirdə həmin ölkələrə qarşı sankisyalar tətbiq etməyə hazırdır.

Martın 11-də PAOK AEK-lə oyunun son dəqiqəsində hesabı açıb. Lakin hakimlər oyundankənar epizod qeydə alaraq qolu saymayıblar. Bu zaman meydanda qarışıqlıq yaranıb və üzərində tapanca olan İvan Savvidi də meydana daxil olub. Nəticədə matç başa çatdırılmayıb. AEK hazırda 54 xalla 1-ci pillədə qərarlaşıb. PAOK isə 52 xalla 2-ci sıradadır.

Son xəbərlər

Orphus sistemi