FİFA Messi və Ronaldunu tədbirlərə qatılmağa məcbur etmək istəyir

FİFA Messi və Ronaldunu tədbirlərə qatılmağa məcbur etmək istəyir Bakı. 1 oktyabr. REPORT.AZ/ FİFA prezidenti Canni İnfantino Barselonanın argentinalı hücumçusu Lionel Messi və Yuventusun portuqaliyalı forvardı Kriştianu Ronaldunu hər il qurum tərəfindən keçirilən mükafatlandırma mərasiminə gəlməyə məcbur etmək istəyir.
Futbol
1 Oktyabr , 2018 08:30
FİFA Messi və Ronaldunu tədbirlərə qatılmağa məcbur etmək istəyir

Bakı. 1 oktyabr. REPORT.AZ/ FİFA prezidenti Canni İnfantino "Barselona"nın argentinalı hücumçusu Lionel Messi və "Yuventus"un portuqaliyalı forvardı Kriştianu Ronaldunu hər il qurum tərəfindən keçirilən mükafatlandırma mərasiminə gəlməyə məcbur etmək istəyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən İspaniyanın "As" qəzeti yazıb.

Bu il təqdimetmə mərasimi sentyabrın 24-də Londonda keçirilib. Mövsümün ən yaxşı oyunçusu "Real" klubunun xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç olub. Messi və Ronaldu mərasimə qatılmayıblar. Portuqaliyalı baş mükafata üç əsas namizəd sırasına daxil olduğu halda, Messi də ən yaxşı qola görə verilən Puşkaş adına mükafata namizəd idi.

Nəşrin məlumatına görə, İnfantino Messi və Ronaldunun tədbirə gəlməməsindən qəzəblənib. O, FİFA hüquqşünaslarına namizədlərin gələcəkdə mərasimlərdə iştirakını məcburi edəcək üsullar tapmaq barədə göstəriş verib.

Son xəbərlər

Orphus sistemi