FİFA Konqresinin keçirildiyi binaya bomba qoyulması xəbəri yayılıb - ƏLAVƏ OLUNUB

FİFA Konqresinin keçirildiyi binaya bomba qoyulması xəbəri yayılıb - ƏLAVƏ OLUNUB Məlumatı Sürix polisi də təsdiqləyib
Futbol
29 May , 2015 17:17
FİFA Konqresinin keçirildiyi binaya bomba qoyulması xəbəri yayılıb - ƏLAVƏ OLUNUB

Bakı. 29 may. REPORT.AZ/ FİFA 65-ci Konqresinin keçirildiyi binada partlayış təhlükəsi xəbərini təsdiqləyib. 

"Biz qərara aldıq ki, ən yaxşısı yoxlama aparmaqdır. Ona görə də bina boşaldıldı. İndi hər şey qaydasındadır. Bu səbəbdən konqresi davam etdirmək olar", - FİFA rəsmi məlumat yayıb.

*** lk xəbər 16:28-də dərc olunub

İsveçrənin Sürix şəhərində FİFA-nın 65-ci Konqresinin keçirildiyi binaya bomba qoyulması xəbəri yayılıb. "Report"un məlumatına görə, bu barədə Almaniya mətbuatı xəbər verir.

Xəbəri Sürix polisi də təsdiqləyib.

Qeyd edək ki, Konqresdə FİFA-nın növbəti 4 il müddətinə prezidenti seçiləcək. Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edir. 

Son xəbərlər

Orphus sistemi