FİFA "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinə qarşı araşdırmalara başlayıb

FİFA "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinə qarşı araşdırmalara başlayıb "Çelsi" 18 yaşına çatmamış əcnəbi oyunçularla müqavilələr bağlamaqda günahlandırılır
Futbol
20 Sentyabr , 2017 12:26
FİFA Qarabağın Çempionlar Liqasındakı rəqibinə qarşı araşdırmalara başlayıb
Clive Rose/Getty Images

Bakı. 20 sentyabr. REPORT.AZ/ FİFA İngiltərənin "Çelsi" klubuna qarşı araşdırmalara başlayıb. "Report"un məlumatına görə, bu barədə "Sportsmail"ə ali futbol qurumundan bildirilib.

Səbəb kimi 18 yaşına çatmamış əcnəbi oyunçularla müqavilələrin imzalanması göstərilib. Hazırda mümkün pozuntularla bağlı hərtərəfli araşdırmalar getdiyindən, əlavə şərh verilməyib.

Daha əvvəl İspaniya "Atletiko"su eyni ittihamla cəzalandırılıb. Klubun qışadək yeni oyunçu transfer etməsinə qadağa qoyulub. London təmsilçisi isə 2009 və 2016-cı illərdə eyni problem üzündən araşdırmalara məruz qalıb.

Qeyd edək ki, həm "Çelsi", həm də "Atletiko" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibləridir. 

Son xəbərlər

Orphus sistemi