Türkiyənin "Fənərbağça" klubunun futbolçusu koronavirusa yoluxub.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, əsas komandadan bir oyunçunun testi müsbət nəticələnib.
İstanbul təmsilçisi həmin şəxsin adını açıqlamayıb, o, evində karantinə alınıb.