"Liverpul"un əfsanəvi futbolçusu Avstraliya klubuna baş məşqçi təyin olunub

"Liverpul"un əfsanəvi futbolçusu Avstraliya klubuna baş məşqçi təyin olunub İngiltərənin Liverpul komandasının əfsanəvi futbolçusu Robbi Fauler Avstraliya Brisben Roar klubuna baş məşqçi təyin olunub.
Futbol
23 Aprel , 2019 11:16
Liverpulun əfsanəvi futbolçusu Avstraliya klubuna baş məşqçi təyin olunub

İngiltərənin "Liverpul" komandasının əfsanəvi futbolçusu Robbi Fauler Avstraliya "Brisben Roar" klubuna baş məşqçi təyin olunub.

"Report" klubun rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəsislə 2 illik müqavilə imzalanıb.

Fauler 1992-ci ildə "Livepul" akademiyasından məzun olub. O, İngiltərədə "Liverpul" ilə yanaşı, "Lids Yunayted", "Mançester Siti", "Kardiff Siti" və "Blekbern"də forma geyinib.

Qeyd edək ki, "Brisben Roar" klubu Avstraliya A Liqüasında XXVI turdan sonra 18 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.

Manaf Qasımbəyli

Son xəbərlər

Orphus sistemi