Dünyanın ən az komandalı liqaları - SİYAHI

Dünyanın ən az komandalı liqaları - SİYAHI Dünyanın ən az komandalı futbol çempionatları bəlli olub.
Futbol
12 May , 2020 11:45
Dünyanın ən az komandalı liqaları - SİYAHI

Dünyanın ən az komandalı futbol çempionatları bəlli olub. 

"Report"un "Mediotiempo"ya istinadən verdiyi məlumata görə, planetin ən kiçik liqası Silli adasındasır. Orada iki komanda 17 dəfə bir-biri ilə üz-üzə gəlir. Beş kiçik adadan ibarət arxipelaq Böyük Britaniya Birləşmiş Krallığına aiddir. Bu çempionat Silli Adaları Liqası Futbol Assosiasiyasına bağlıdır. Liqada "Qarrison Qunners" və "Volpak Vanderers" komandaları çıxış edir. Yekunda ən çox xal toplayan çempion olur. 

Afrikadakı Qvineya körfəzində iki ada tərəfindən qurulan "Sam Tome" və "Prinsipe" komandalar mübarizə aparır. Onlar eyniadlı adaların çempionları kimi bir-biriləri ilə üz-üzə gəlirlər. 

Amerikada adları Sen-Pyer və Mikelon olan iki Fransa ərazisi var. Orada isə 3 komanda var və 4 dəfə üz-üzə gəlirlər. Liqa de Futbol Sen-Pyer et Mikelon adlanan turnirin FIFA ilə əlaqəsi yoxdur. 

Britaniyanın Yüksəliş Adasında 4 komanda 2 dövrədən ibarət çempionat keçirir. Afrikanın Komoros ölkəsində liqa üç əsas adada çempion olan üç komandadan ibarətdir. Onlar bir-biriləri ilə üz-üzə gəlirlər. 

Kaikos adaları, Butan, Filippin və Kuk Adalarında, Sen-Marten kimi ölkələrdə 6 komanda çıxış edir. Eyni sayda klub bu ildən Litva çempionatında mübarizə aparmağa başlayıb. Yeddi komandadan ibarət liqalara isə Tonqa və Kanada daxildir.

Dünyada komanda sayı 8 olan ölkələrin sayı artmaqdadır. Onlardan biri də Azərbaycan Premyer Liqasıdır. UEFA-nın tabeliyində olan digər ölkələrdən Andorra, Okeaniya Konfederasiyasından isə Solomon adaları, Fici və Tuvaluda da liqalar 8 kollektivdən ibarətdir. Eyni sayda klub Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasındakı (CONCACAF) Angilya, Beliz, ABŞ Virgin Adaları, Puerto Riko və Boneyrdədir.  

Asiya Konfederasiyası ilə əlaqəli Əfqanıstan, Quam, Qırğızıstan, Küveyt, Laos, Sinqapur, Tacikistan, Şərqi Timor, Türkmənistan və Şimali Marian Adalarında da 8 komandalı çempionatlar keçirilir. 

Son xəbərlər

Orphus sistemi