Zaqreb "Dinamo"sunun futbolçusu "Qarabağ"ı zəif rəqib adlandırdı

Zaqreb "Dinamo"sunun futbolçusu "Qarabağ"ı zəif rəqib adlandırdı "Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyimiz təqdirdə, pley-offda bizi ən asan rəqib gözləyəcək"
Futbol
3 Sentyabr , 2020 11:07
Zaqreb Dinamosunun futbolçusu Qarabağı zəif rəqib adlandırdı
Damyan Daniçiç

"Komandamız üçün hər şeyin gözlənilmədiyi kimi baş verməsi maraqlıdır. Əks halda, mərhələ adladıqca rəqiblər zəifdən güclüyə doğru sıralanardı". 

"Report"un məlumatına görə, bu fikirləri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Damyan Daniçiç yerli "Sportske Jutarnji" nəşrinə müsahibəsində UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. 

20 yaşlı yarımmüdafiəçi ÇL-in II təsnifatında rəqiblərinin çətin olduğunu söyləyib. O, III təsnifat mərhələsində də iddialı komanda ilə üz-üzə gələcəklərini sözlərinə əlavə edib. Daniçiçin sözlərinə görə mərhələ adlayacaqları təqdirdə, ən asan rəqiblərdən biri ilə qarşılaşacaqlar: "Ən çətin oyunumuz II təsnifat mərhələsində Rumıniya ÇFR-inə qarşı oldu. Bu rəqibi penaltilər seriyasında keçdik. İkinci matçımız da ən çətin oyunlardan olacaq. Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyimiz təqdirdə, pley-offda bizi ən asan rəqib gözləyəcək. Oyuna əsl komanda kimi köklənsək, hər şey özümüzdən asılı olacaq".

pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları idə 29-30 sentyabrda oynanılacaq.

Son xəbərlər

Orphus sistemi