Bakı. 3 may. REPORT.AZ/ İtaliyanın "Udineze" klubunun hücumçusu Antonio Di Natale A Seriyasının ən yaxşı bombardirləri siyahısında əfsanəvi Roberto Baconu geridə qoyub.
"Report" xəbər verir ki, 37 yaşlı forvard İtaliya çempionatının 34-cü turu çərçivəsində "Verona"ya qarşı oyunda komandasının qələbə topunu vurub.
Görüş 1:0 hesabı ilə başa çatıb.
İtaliya çempionatı. 34-cü tur
"Verona" - "Udineze" — 0:1
Qol: Di Natale, 62.
Bu, Di Natalenin A Seriyasında vurduğu 206-cı qol olub. Beləliklə, o, turnir tarixində vurduğu qollara görə 205 dəfə fərqlənən Baconu qabaqlayıb və siyahıda altıncı yerə yüksəlib.