Di Françesko: "Hakimlər ehtiyacı olmadığı halda, "Barselona"ya köməklik etdilər"

Di Françesko: "Hakimlər ehtiyacı olmadığı halda, "Barselona"ya köməklik etdilər" "Bu gün oyunda nəyi dəyişmək istərdim? Çox güman ki, hakimi dəyişmək istərdim"
Futbol
5 Aprel , 2018 03:55
Di Françesko: Hakimlər ehtiyacı olmadığı halda, Barselonaya köməklik etdilər

Bakı. 5 aprel. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının ¼ finalının "Barselona" ilə keçirilən ilk matçı barədə (1:4) fikirlərini bölşüb.

“Report” xəbər verir ki, baş məşqçi "Football Italia"ya bunları deyib:

"Bu hakimlər rəqibimizə köməklik göstərdilər, halbuki, "Barselona"nın buna ehtiyacı yoxdur.

Özünə qiymət vermə baxımından pis oynamadıq, komandada hər hansı bir problem yoxdur. Lakin buraxdığımız bəzi səhvlər bizə çox baha başa gəldi.

Bu gün oyunda nəyi dəyişmək istərdim? Çox güman ki, hakimi dəyişmək istərdim".

Son xəbərlər

Orphus sistemi