DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib Görüşdə qapılara bir qol vurulub
Futbol
17 İyun , 2018 18:06
DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

Bakı. 17 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında dördüncü oyun gününə E qrupunun Kosta-Rika - Serbiya matçı ilə start verilib.

"Report"un məlumatına görə, Samaradakı eyniadlı arenada təşkil olunmuş qarşılaşmanın taleyini bir qol həll edib.

56-cı dəqiqədə Aleksandar Kolarov cərimə zərbəsi ilə fərqlənərək, Serbiyaya qələbə qazandırıb - 1:0. Bu, dünya çempionatı start götürəndən sonra 9-cu oyunda 4-cü minimal hesablı qalibiyyət olub.

Görüşün sonu serbiyalı Nemanya Matiçin Kosta-Rika millisinin məşqçisi ilə top üstündə toqquşması ilə yadda qalıb. Münaqişə hakimlərin və digər futbolçuların müdaxiləsindən sonra aradan qaldırılıb.

Qrupun digər oyunu Braziliya və İsveçrə yığmaları arasında keçiriləcək. Rostov-Dondakı "Rostov Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi