Bakı. 14 dekabr. REPORT.AZ/ Futbol üzrə Cənubi Amerika Kubokunun sahibi müəyyənləşib.
"Report"un məlumatına görə, bu, Argentinanın "İndependyente" klubudur.
"İndependyente" finalda Braziliya "Flamenqo"sunu iki oyunun yekununda üstələyib - 2:1, 1:1. Bu komanda tarixində ikinci dəfə bu kuboka yiyələnib. Argentina təmsilçisi ilk titulunu 2010-cu ildə əldə edib.