Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb İspaniya və İtaliyanın 2 klubu bir-birinə rəqib olub
Futbol
16 Mart , 2018 15:13
Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. 

"Report"un məlumatına görə, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunub.

Püşkatmaya turnirin final matçının səfiri, Ukrayna millisinin  baş məşqçisi Andriy Şevçenko yardımçı olub. 

Püşk nəticəsində cütlüklərin tərkibi belə formalaşıb:

"Barselona” (İspaniya) - "Roma” (İtaliya)

"Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)

"Yuventus” (İtaliya) - "Real Madrid” (İspaniya)

"Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)

Qeyd edək ki, ilk oyunlar adları birinci göstərilən komandaların meydanlarında aprelin 3-4-də, cavab görüşləri 10-11 apreldə təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi