Çempionlar Liqasında yeni mövsümə start verildi

Çempionlar Liqasında yeni mövsümə start verildi UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünə start verilib.
Futbol
8 Avqust , 2020 23:25
Çempionlar Liqasında yeni mövsümə start verildi

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünə start verilib. 

"Report"un məlumatına görə, ilkin təsnifat mərhələsində iki görüş keçirilib. İsveçrənin Nyon şəhərindəki "Colovray Sports Centre"də meydana əvvəlcə San Marinonun "Tre Fiori" və Şimali İrlandiyanın "Linfild" komandaları çıxıb. Görüş "Linfild"in qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Bastien Heri 71-ci və Kristi Manzinqa isə 83-cü dəqiqədə vurub. 

Gecənin digər görüşündə Kosovo "Drita"sı Andorranın "İnter Eskaldes" klubunu sınağa çəkib. Bu matçda "Drita" qalib ayrılıb. Hesabı 21-ci dəqiqədə Cevdet Şabani açıb. 29-cu dəqiqədə Emil Qarsia bərabərlik qolunu vurub. Lakin 45+3-cü dəqiqədə Hamdi Namani yekun nəticəni müəyyənləşdirib - 2:1. 

Beləliklə, avqustun 11-də "Drita" ilə "Linfild" üz-üzə gələcək. Bu görüşün qalibi isə I təsnifat mərhələsinə yüksələcək.   

Son xəbərlər

Orphus sistemi