Çempionlar Liqasında son iki yarımfinalçı da məlum olub - VİDEO

Çempionlar Liqasında son iki yarımfinalçı da məlum olub - VİDEO Son olaraq "Yuventus" və "Monako" mərhələ adlayıb
Futbol
20 Aprel , 2017 00:36
Çempionlar Liqasında son iki yarımfinalçı da məlum olub - VİDEO

Bakı. 20 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında son iki yarımfinalçı müəyyənləşib.

"Report"un məlumatına görə, bunlar Fransanın "Monako" və İtaliyanın "Yuventus" klublarıdır.

İkinci oyun günündə "Monako" Almaniyanın "Borussiya" (Dortmund), "Yuventus" isə İspaniyanın "Barselona" komandasını mübarizədən kənarlaşdırıb. Leonardo Jardimin baş məşqçi olduğu komanda Dortmundda olduğu kimi, Monakoda da 3 qol vurmağı bacarıb. Massimiliano Alleqrinin kollektivi Barselonada qapısının toxunulmazlığını qoruyub.

Çempionlar Liqası, 1/4 final mərhələsi, cavab oyunları

19 aprel

22:45. "Barselona” (İspaniya) - "Yuventus” (İtaliya) - 0:0

Baş hakim: Byorn Kuypers (Hollandiya)

İlk oyun – 0:3


22:50. Monako (Fransa) – Borussiya (Dortmund, Almaniya) - 3:1

Qol: Kilian Mbappe, 3. Radamel Falkao, 17. Valere Jermen, 81 - Marko Roys, 48

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 3:2


Qeyd edək ki, ilk oyun günündə İspaniyanın "Real Madrid" və "Atletiko" klubları da yarımfinala yüksəlib. Növbəti mərhələnin püşkü aprelin 21-də atılacaq.

Son xəbərlər

Orphus sistemi