İngiltərə Premyer Liqası: "Çelsi" "Vest Hem"ə qalib gələrək üçüncü yerə çıxıb

İngiltərə Premyer Liqası: "Çelsi" "Vest Hem"ə qalib gələrək üçüncü yerə çıxıb Çelsi futbol üzrə İngiltərə çempionatının 33-cü turunun matçında Vest Hem Yunaytedə 2:0 hesabı ilə qalib gəlib.
Futbol
9 Aprel , 2019 01:15
İngiltərə Premyer Liqası: Çelsi Vest Hemə qalib gələrək üçüncü yerə çıxıb

"Çelsi" futbol üzrə İngiltərə çempionatının 33-cü turunun matçında "Vest Hem Yunayted"ə 2:0 hesabı ilə qalib gəlib.

"Report" xəbər verir ki, qarşılaşma Londonda "Stemford Bric" stadionunda baş tutub. 

Oyunda hesab 24-cü dəqiqədə açılıb. "Zadəganlar"dan qolun müəllifi yarımmüdafiəçi Eden Azar olub. Qarşılaşmada ikinci qola da o imza atıb.

Bu qələbə sayəsində "Çelsi" 66 xal toplayaraq İngiltərə çempionatının yarış cədvəlində üçüncü yerdə qərarlaşıb. "Vest Hem" 42 xalla 11-ci yerdə qalıb.

"Çelsi" növbəti turda səfərdə "Liverpul"a qarşı oynayacaq. Matç aprelin 14-də baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi