“Çelsi”nin qapıçısı Belçika yığmasının sabiq baş məqçisini məhkəməyə verib

“Çelsi”nin qapıçısı Belçika yığmasının sabiq baş məqçisini məhkəməyə verib Bakı. 25 aprel. REPORT.AZ/ İngiltərənin “Çelsi” komandasının qapıçısı Tibo Kurtua Belçika yığmasının sabiq baş məqçisi Mark Vilmotsu məhkəməyə verib.
Futbol
25 Aprel , 2018 12:50
“Çelsi”nin qapıçısı Belçika yığmasının sabiq baş məqçisini məhkəməyə verib

Bakı. 25 aprel. REPORT.AZ/ İngiltərənin “Çelsi” komandasının qapıçısı Tibo Kurtua Belçika yığmasının sabiq baş məqçisi Mark Vilmotsu məhkəməyə verib.

“Report” xəbər verir ki, Belçika millisinin 26 yaşlı qolkiperi bu barədə “Twitter” hesabında yazıb. 

Kurtua onu yığmanın matçlarından əvvəl heyətlə bağlı məlumat ötürməkdə ittiham edən mütəxəssisin qanun qarşısında cavab verəcəyini vurğulayıb.

“Vilmotsun mənim və atamın şərəfini təhqir etməsi, imicimi sual altına qoyması birinci dəfə deyil. Bu səbəbdən məhkəməyə üz tutmağa və təzminat tələb etməyə qərar verdik”, - Kurtua yazıb.

Qeyd edək ki, qapıçının atası Tyerre Kurtua da ittihamı rədd edib.

Son xəbərlər

Orphus sistemi