"Çelsi" "Borussiya"nın futbolçusu ilə razılığa gəlib

"Çelsi" "Borussiya"nın futbolçusu ilə razılığa gəlib Bakı. 29 dekabr. REPORT.AZ/ Almaniyanın Borussiya (Dortmund) komandasının futbolçusu Kristian Pulişiç İngiltərənin Çelsi klubuna transferinin şərtlərində prinsipial razılığa gəlib.
Futbol
29 Dekabr , 2018 09:43
Çelsi Borussiyanın futbolçusu ilə razılığa gəlib

Bakı. 29 dekabr. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Kristian Pulişiç İngiltərənin "Çelsi" klubuna transferinin şərtlərində prinsipial razılığa gəlib. 

"Report"un məlumatına görə, keçid iki klub arasında kompensasiya məbləğində anlaşma əldə olunduqdan sonra rəsmiləşəcək. Transfer məbləği 45 milyon avrodan çox olacağı təqdirdə, Almaniya təmsilçisi ABŞ millisinin 20 yaşlı cinah oyunçusunun satışının əleyhinə deyil. Razılığa gəlinsə, bu keçid 2019-cu ilin iyununda gerçəkləşəcək. 

Qeyd edək ki, Kristian Pulişiçin "Borussiya" ilə 2020-ci ilin yayınadək müqaviləsi var. Onunla Almaniyanın "Bavariya", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları maraqlanır. Gənc oyunçu bu mövsüm 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi