CAR klubunun baş məşqçisi Xama Billiatın "Qarabağ"a mümkün keçidinə münasibət bildirib

CAR klubunun baş məşqçisi Xama Billiatın "Qarabağ"a mümkün keçidinə münasibət bildirib "Komandamız onlar olmadan da qalib gələ bilər"
Futbol
19 Yanvar , 2018 10:23
CAR klubunun baş məşqçisi Xama Billiatın Qarabağa mümkün keçidinə münasibət bildirib

Bakı. 19 yanvar. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" klubunun baş məşqçisi Pitso Mosimane "Qarabağ"a keçidi gözlənilən futbolçu Xama Billiatın komandadan ayrılma variantına münasibət bildirib. 

"Report"un məlumatına görə, bu barədə 53 yaşlı mütəxəssis ESPN-ə açıqlama verib. O deyib ki, Leonardo Kastro, Kiqan Dolli və Billiatdan ibarət, CBD adlandırılan təhlükəli oyunçular "trio"sundan komandada hazırda yalnız sonuncusu qalıb. Mosimane "Sandaunz"un yenə zirvədə qalacağına və onlarsız da qalib gəlmələrinin mümkünlüyünə əmin olmalarının vacibliyini vurğulayıb: "CBD bu mövsüm oynamayıb. Amma komandamız yenə liderdir. Yeni transferimiz Qaston Sirinonu isə gələcək üçün nəzərdə tutmuşuq. Uruqvaylı forvardla bağlı da kombinasiya fikirləşə bilərik".

Qeyd edək ki, Xama Billiat "Qarabağ"la yanaşı, CAR-ın "Orlando Payrats" klubunun da maraq mairəsindədir. Azərbaycan klubunun 2,5 milyon dollarlıq transfer məbləğini aşağı salmaq üçün "Mamelodi Sandaunz"la danışıqlar apardığı, futbolçunun özünə isə ayda 80 min manatadək maaş təklif etdiyi bildirilir. "Kamaldinyo" ləqəbli Billiat əvvəllər Zimbabvenin "CAPS Yunayted", CAR-ın "Ayaks Keyptaun" komandalarında da çıxış edib. O, 2013-cü ildən formasını geyindiyi "Mamelodi Sandaunz" klubunda 63 oyuna 23, 2011-ci ildən dəvət aldığı Zimbabve millisində isə 26 matçda 7 qol vurub. Billiat hazırkı klubu ilə 2 dəfə (2013-2014 və 2015-2016) CAR çempionu, eləcə də Afrika Çempionlar Liqasının (2016) və Afrika Super Kubokunun (2017) qalibi olub.

Son xəbərlər

Orphus sistemi