Ueyn Runi bu gün məhkəmə qarşısına çıxarılacaq

Ueyn Runi bu gün məhkəmə qarşısına çıxarılacaq Futbolçu sentyabrın 1-də içkili halda maşın idarə edərkən saxlanılıb
Futbol
18 Sentyabr , 2017 05:34
Ueyn Runi bu gün məhkəmə qarşısına çıxarılacaq

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Mançester Yunayted" futbol klubu və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi məhkəmə qarşısında cavab verəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, məşhur futbolçu hələ sentyabrın 1-də Vilslouda içkili halda avtomobil idarə edərkən polis tərəfindən saxlanılıb.

Ona qarşı sükan arxasında olarkən müəyyən edilmiş alkoqol istehlak limitini aşma ittihamı irəli sürülüb. Futbolçu pul müqabilində sərbəst buraxılıb. 

Bildirilir ki, U. Runi məhkəmə qarşısına "Mançester Yunayted" - "Everton" matçının ertəsi günü çıxmalıdır.  O, həmçinin İngiltərə millisinde rekord sayda qol vuran futbolçu kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi