Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raundunda mübarizəyə başlayır.
Futbol
20 Mart , 2019 10:01
Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raundunda mübarizəyə başlayır.

"Report"un məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirəcək. I qrupda mübarizə aparan komanda ilk sınağında meydan sahibləri ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

U-19 elit-raunda vəsiqəni 2018-ci ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş seçmə mərhələdə əldə edib. Daha sonra kollektiv Türkiyə və İspaniyada təlim-məşq toplanışlarında olub, çoxlu yoxlama oyunu keçirib.

Qeyd edək ki, I qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya da yer alıb. 14 - 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

AVRO-2019-un elit-raundu, I qrup

20 mart

18:00. Rusiya - Azərbaycan

Hakimlər: Adrian Jakotte, Vital Jobin (hər ikisi İsveçrə), Balaj Şert, Adam Farkaş (hər ikisi Macarıstan)

Krasnodar Akademiyasının stadionu

Son xəbərlər

Orphus sistemi