Braziliyalı futbolçu 25 yaşında dünyasını dəyişib

Braziliyalı futbolçu 25 yaşında dünyasını dəyişib "Şerif"in müdafiəçisi vətənindən qayıtmadığına görə "Qarabağ"a qarşı oynamayıb
Futbol
6 Noyabr , 2017 09:41
Braziliyalı futbolçu 25 yaşında dünyasını dəyişib

Bakı. 6 noyabr. REPORT.AZ/ Moldova "Şerif"inin sabiq futbolçusu Dionatan Teyşeyra 25 yaşında vəfat edib.

"Report"un məlumatına görə, 25 yaşlı müdafiəçi vətəni Braziliyada ürəktutmasından dünyasını dəyişib.

O, əvvəllər Slovakiyanın "Koşitse", "Slovan" və "Dukla", İngiltərənin "Flitvud Taun" və "Stok Siti" klublarında, eləcə də Braziliya ilə Slovakiyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. Teyşeyra ötən mövsümün ikinci yarısını "Şerif"də keçirdikdən və bu klubla "qızıl "dubl" etdikdən sonra Braziliyaya yollanıb. "Sambaçı" geri qayıdacağına söz verdiyindən, tiraspollularla müqaviləsi qüvvədə olub. Lakin o, Moldovaya qayıtmayıb. Bu səbəbdən, Teyşeyra Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la oyunları buraxıb. 

Qeyd edək ki, bu görüşlərdə Azərbaycan təmsilçisi Bakıda 0:0 hesablı heç-heçə etsə də, səfərdə qalib gəlib - 2:1. 

Son xəbərlər

Orphus sistemi