Braziliya millisinin sabiq futbolçusu Kafunun oğlu vəfat edib

Braziliya millisinin sabiq futbolçusu Kafunun oğlu vəfat edib Braziliya millisinin və İtaliyanın Milan klubunun sabiq futbolçusu Kafunun oğlu Danilo vəfat edib.
Futbol
5 Sentyabr , 2019 11:38
Braziliya millisinin sabiq futbolçusu Kafunun oğlu vəfat edib

Braziliya millisinin və İtaliyanın "Milan" klubunun sabiq futbolçusu Kafunun oğlu Danilo vəfat edib.

"Report" "Globo Esporte"yə istinadən xəbər verir ki, Danilo dostları ilə futbol oynayarkən 29 yaşında infarktdan dünyasını dəyişib. Təcili xəstəxanaya aparılarkən yolda onun ürəyi dayanıb.

Qeyd edək ki, Kafu Braziliya millisinin heyətində iki dəfə (1994, 2002) dünya çempionu olub. O, indiyədək ardıcıl 3 mundialın finalında çıxış etmiş (1994,1998,2002) yeganə futbolçudur. 

Son xəbərlər

Orphus sistemi