Böyük Britaniya səfirliyi "Qarabağ”ın "Çelsi" ilə səfər oyununa viza almaq istəyənlərə əlavə günlər təyin edib

Böyük Britaniya səfirliyi "Qarabağ”ın "Çelsi" ilə səfər oyununa viza almaq istəyənlərə əlavə günlər təyin edib Fanatlar 29 - 31 avqustda Viza Ərizə Mərkəzinə müraciət edə bilərlər
Futbol
29 Avqust , 2017 15:35
Böyük Britaniya səfirliyi Qarabağ”ın Çelsi ilə səfər oyununa viza almaq istəyənlərə əlavə günlər təyin edib

Bakı. 29 avqust. REPORT.AZ/ Böyük Britaniyanın Bakıdakı səfirliyi “Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Çelsi” ilə səfər oyununu izləməkdən ötrü İngiltərəyə getmək istəyən azarkeşlərə viza vermək üçün əlavə günlər təyin edib.

Səfirlikdən “Report”a verilən məlumata görə, fanatlar bununla bağlı 29 - 31 avqustda Viza Ərizə Mərkəzinə müraciət edə bilərlər. Bu addım vizanı vaxtında əldə edə bilmək üçün atılıb. 

Qeyd edək ki, sentyabrın 12-də Londondakı "Stemford Bric" stadionunda keçiriləcək “Çelsi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi