“Beşiktaş” klubunun Çempionlar Liqasında əldə etdiyi gəlirin məbləği açıqlanıb

“Beşiktaş” klubunun Çempionlar Liqasında əldə etdiyi gəlirin məbləği açıqlanıb İstanbul təmsilçisi büdcəsini 50 milyon avro zənginləşdirib
Futbol
22 Noyabr , 2017 12:25
“Beşiktaş” klubunun Çempionlar Liqasında əldə etdiyi gəlirin məbləği açıqlanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinə vəsiqə qazanan Türkiyənin “Beşiktaş” klubunun cari mövsüm qitənin ən nüfuzlu klub turnirində əldə etdiyi gəlirin məbləği açıqlanıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi büdcəsini 50 milyon avro zənginləşdirib. Türkiyə çempionu həmin vəsaitin 12,7 milyon avrosunu ÇL-in qrup mərhələsinə vəsiqə qazandığı üçün əldə edib.

Qeydə alınan nəticələr və komandanın qrupdan çıxması müqabilində 12 milyon avro mənfəət götürən “Beşiktaş”ın ən böyük gəliri marketinqdən olub - 25 milyon avro.

Qeyd edək ki, G qrupunda yer alan “Beşiktaş” ilk 3 matçda ardıcıl olaraq Portuqaliyanın “Portu” (3:1), Almaniyanın “Leyptsiq” (2:0) və Fransanın “Monako” (2:1) komandalarını məğlub edib. Son iki qarşılaşmada “Monako” və “Portu” ilə 1:1 hesablı heç-heçə edən İstanbul təmsilçisi xallarını 11-ə çatıdırıb və qrup qalibi kimi 1/8 finala vaxtından əvvəl yüksəlib.

Son xəbərlər

Orphus sistemi