Bakı. 6 avqust. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu Ermənistan milli komandasının futbolçusu Aras Özbilisi yenidən icarəyə verib.
"Report" "Milliyet" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümündə Hollandiyanın "Villem II" komandasında çıxış edəcək.
Qeyd edək ki, Özbilis 2016-cı ilin yayında "Beşiktaş"a keçib, lakin cəmi 5 rəsmi matçda iştirak edib. O, son mövsüm icarə əsasında Moldovanın "Şerif" komandasının formasını geyinib.