"Bavariya"nın baş məşqçisi qeyri-etik hərəkətinə görə cərimələnib

"Bavariya"nın baş məşqçisi qeyri-etik hərəkətinə görə cərimələnib Bu barədə Almaniya Futbol İttifaqı qərar verib
Futbol
21 Fevral , 2017 18:09
Bavariyanın baş məşqçisi qeyri-etik hərəkətinə görə cərimələnib

Bakı. 21 fevral. REPORT.AZ/ Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Karlo Ançelotti 5 min avro məbləğində cərimələnib.

"Report"un məlumatına görə, bu barədə Almaniya Futbol İttifaqı qərar verib. Səbəb kimi italiyalı mütəxəssisin Bundesliqanın XXI turunda "Herta" ilə oyundan sonra xoşagəlməz jesti göstərilib. Ançelotti rəqib azarkeşlərə orta barmağını göstərib. Baş məşqçi qeyri-etik hərəkətini fanatların ona tərəf tüpürmələri ilə əlaqələndirib.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi