"Bavariya" Joze Mourinyo ilə danışıqlar aparır

"Bavariya" Joze Mourinyo ilə danışıqlar aparır Almaniyanın Bavariya klubu tanınmış məşqçi Joze Mourinyo ilə danışıqlar aparır.
Futbol
8 Noyabr , 2019 18:12
Bavariya Joze Mourinyo ilə danışıqlar aparır

Almaniyanın "Bavariya" klubu tanınmış məşqçi Joze Mourinyo ilə danışıqlar aparır.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis Münhen təmsilçisi ilə 2022-ci ilə qədər müqavilə bağlamaq niyyətindədir. Almaniya klubunun rəhbərliyi ilkin mərhələdən sonra düşünmək üçün danışıqlara fasilə verib.

Mourinyo ilə bağlı qərar milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı və ya ondan sonra veriləcək.

Qeyd edək ki, “Bavariya” noyabrın 4-də Niko Kovaçı uğursuz nəticələrə görə istefaya göndərib. Münhen təmsilçisi Bundesliqada geridə qalan 10 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi